Suriyanın cənubundakı Əs-Suveyda əyalətində druz üsyançıları hökumət mövqelərinə hücum edərək dörd nəfəri yaralayıb.
Bu barədə “Şam TV”nin verdiyi məlumatda deyilir.
Bildirilib ki, üsyançılar atəşkəs xəttindəki Rimat Hazem rayonundakı Daxili Təhlükəsizlik Qüvvələrinin nəzarət məntəqəsinə hücumda partlayıcı maddələrlə dolu drondan istifadə ediblər.