ABŞ hərbçiləri Oman körfəzində Palau bayrağı altında üzən “Pacific Archer” ticarət gəmisini vuraraq hərəkətsiz vəziyyətə salıblar.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, noyabrın 26-da ABŞ hərbi təyyarəsi Bəndər-Abbas limanından çıxan və dəniz blokadasını yarmağa cəhd etdiyi bildirilən gəminin arxa hissəsinə dəqiq zərbə endirib. Hadisə nəticəsində gəminin hərəkət sistemi sıradan çıxıb. Mülki heyət üzvləri xəsarət almayıblar.
Komandanlıq bildirib ki, ABŞ iyulda blokadanı bərpa etdikdən sonra 158 gəminin marşrutunu dəyişdirib, 6 gəmini isə sıradan çıxarıb.