Azərbaycanda zavodda güclü partlayış oldu

Sumqayıtda sənaye müəssisələrindən birində partlayış qeydə alınıb.

Musavat.com-a istinadla, hadisə şəhərin Tuq Zavod qəsəbəsində fəaliyyət göstərən "Metaltexnoloji" MMC-nin ərazisində baş verib.

Partlayışdan sonra zavodda yanğın başlayıb. Alovun söndürülməsi və hadisənin qarşısının alınması üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, "Metaltexnoloji" MMC 2009-cu ildə əlvan və qara metal istehsalı müəssisəsi kimi yaradılıb. Zavodda 2019-cu ildən istehsal sahələrinin modernləşdirilməsi və qara metallurgiya üzrə yeni kompleksin qurulması istiqamətində işlər aparılıb. Müəssisə 2022-ci ildən "Metaltechnology" MMC adı ilə fəaliyyət göstərir.

Məlumatda şirkətin iş adamı Hafiz Seyidova məxsus olduğu bildirilir.