"Siçovul ovu"na görə mükafat qazandı

Brüsseldə şəhərin tarixi və turizm mərkəzlərinə siçovulların axın etməsi dükan sahiblərinin etirazlarına və bələdiyyənin qeyri-kafi tədbirlərə görə tənqidinə səbəb olub. Lakin Brüssel Bələdiyyəsi siçovullara qarşı mübarizə siyasətinə görə beynəlxalq mükafata layiq görülüb.Belçikanın rəsmi xəbər agentliyi Belga-nın məlumatına görə, Brüssel Bələdiyyəsi Fransanın Niort şəhərində keçirilən konfransda siçovul problemi ilə mübarizə aparmaq üçün istifadə etdiyi ağıllı tələ sisteminə görə Şəhər Təmizliyi Şəhərləri Assosiasiyasından (AVPU) üçüncü böyük mükafatını qazanıb.Brüssel Bələdiyyəsindən Anas Ben Abdelmoumoumen bildirib ki, konfrans bir daha bir çox böyük şəhərlərin siçovul problemləri ilə mübarizə apardığını göstərib.O qeyd edib ki, ağıllı tələlər sayəsində siçovulları daha effektiv şəkildə tuta bilirlər və beynəlxalq mükafat bələdiyyə komandalarının zəhməti və fədakarlığına görə verilən mükafatdır.Jalə