Braziliyalı futbolçu Neymar idmandan kənar biznes fəaliyyətini genişləndirməyə davam edir.
Futbol ulduzu Dubayda yerləşən və "Club de Nuit" və "Odyssey" ətirləri ilə tanınan ətir brendi "Armaf" ilə qlobal tərəfdaşlıq müqaviləsi imzalayıb. Əməkdaşlığın əsas nəticəsi 2027-ci ildə satışa çıxarılması planlaşdırılan yeni bir ətirdir.
"Armaf" futbolçunun populyarlığından istifadə edərək brendin beynəlxalq bazardakı mövqeyini gücləndirmək və tanıtımını genişləndirmək üçün üç istiqaməti birləşdirmək niyyətindədir: idman, stil və ətriyyat sənəti.
"Neymar əsl əfsanədir. Onun özünəinam və stili "Armaf" brendinin mahiyyətini mükəmməl şəkildə əks etdirir", - deyə şirkət nümayəndəsi bildirib.