Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Gürcüstanın Ankaradakı səfiri Beşiktaşın Batumidə keçirilən UEFA Avropa Liqası matçında baş verən ciddi hadisələrlə əlaqədar çağırılıb.
Nazirlikdən bildirilib ki, matçda baş verən hadisələrə reaksiya verilib və müxtəlif sübutlar paylaşılıb.
"Hadisələrin hərtərəfli araşdırılmasını, vətəndaşlarımıza qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsul olanlara qarşı lazımi hüquqi tədbirlərin görülməsini tələb etdik", - məlumatda vurğulanıb.