Möhtərəm cənab Prezident!
Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti mühüm nəticələr verməkdədir. Azərbaycan gənclərinin inkişafı üçün yaradılan imkanlar gələcəyə ümid çırağıdır.
Tərtər rayonunun 2028-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilməsi rayon sakinləri kimi məni də çox sevindirdi. Bu seçim ölkəmizdə Sizin rəhbərliyinizlə aparılan uğurlu gənclər siyasətinin və rayonumuza göstərilən diqqətin nəticəsidir.
Dəyərli dəstəyinizə görə Sizə təşəkkür edir, ali fəaliyyətinizdə yeni zəfərlər arzulayıram.
Hörmətlə,
Hümbətova Nərgiz Aslan qızı
Azərbaycan Respublikası, Tərtər rayonu, Hacıqərvənd kəndi.