Gürcüstan səfiri Türkiyə XİN-ə çağırıldı

Gürcüstanın Türkiyədəki səfiri Kalandia “Beşiktaş”ın Batumda oynadığı UEFA Avropa Liqası matçında baş verən ciddi insidentlərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, səfirə qarşılaşma zamanı baş verən hadisələrlə bağlı Türkiyənin etirazı çatdırılıb və müxtəlif sübutlar təqdim edilib.

Hadisələrin bütün aspektləri üzrə araşdırılması, eləcə də Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiq edən və müdaxiləyə yol verən şəxslərin məsuliyyətə cəlb olunması, onlarla bağlı zəruri hüquqi tədbirlərin görülməsi tələb edilib.