“Real Madrid” mərakeşli futbolçu Brahim Diazla Brahim Diazla müqaviləni 2031-ci il iyunun 30-dək uzadıb.
Klub bu barədə rəsmi açıqlama yayıb.
27 yaşlı futbolçu 2019-cu ildə Madrid təmsilçisinə qoşulub. O, indiyədək komandada 173 oyuna çıxıb və 22 qol vurub.
Diaz Mərakeş millisində isə 36 oyunda 15 dəfə fərqlənib.