İpoteka və Kredit Zəmanət Fondunun 50 milyon manatlıq istiqrazları dekabrın 1-də Bakı Fond Birjasında hərraca çıxarılacaq.
Bir istiqrazın nominal dəyəri və satış qiyməti 1 000 manat, illik faiz dərəcəsi isə 3,25% təşkil edir.
Mərkəzi Bank sənədsiz, adlı, faizli və təmin edilməmiş istiqrazların emissiya prospektini 6 noyabr 2026-cı ildə qeydə alıb.
İstiqrazlar Bakı Fond Birjası vasitəsilə kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Depozitar xidmətlərini və istiqraz sahiblərinin uçotunu Milli Depozit Mərkəzi həyata keçirəcək.