Lənkəran rayonunda avtomobilin vurduğu 10 yaşlı uşaq xəstəxanada ölüb.
Hadisə Lənkəran-Lerik magistral yolunun Darquba kəndi ərazisində baş verib.
Belə ki, "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən Darquba kənd sakini, 2016-cı il təvəllüdlü Ə.Yusubzadəni vurub.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.