Braziliyanın “Seara” klubu yeni baş məşqçisini açıqlayıb.
Komandanın sükanı arxasına Braziliya millisinin sabiq futbolçusu Aleks de Souza gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssislə 2027-ci ilin sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Aleks de Souza 2026-cı ilin əvvəlinədək “Operario Ferroviario”da çalışıb. Daha sonra isə “Atletik” klubunda baş məşqçi vəzifəsini icra edib.