Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb

LƏNKƏRAN, 27 noyabr. TELEQRAF

Lənkəranda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 10 yaşlı uşaq xəstəxanada ölüb.

Hadisə günorta saatlarında Lənkəran-Lerik magistral yolunun Darquba kəndi ərazisində baş verib.

C.Quluzadənin idarə etdiyi VAZ-21011 markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 2016-cı il təvəllüdlü Ə.Yusubzadəni vurub.

Ağır xəsarətlər alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Uşaq saat 13:10 radələrində xəstəxanada ölüb.

Hadisədən sonra sürücünün hadisə yerindən uzaqlaşdığı, lakin polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.