Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri zamanı Çin mətbəxinin bəzi yeməklərini, o cümlədən donuz ayaqlarını və qulaqlarını bir neçə dəfə sifariş edib.
Bu barədə “Conrad Shenzhen” otelinin restoranının baş aşpazı Ou Qotsin deyib.
O bildirib ki, yeməklərin bir hissəsi Putinin təyyarədə özü ilə aparması üçün qablaşdırılıb:
“Bizim duzlu suda bişirilmiş donuz ayaqlarımız və donuz qulaqlarımız çox dadlı alınır. Prezident onların dadına baxdı və ertəsi gün xüsusi olaraq yenidən sifariş verdi”.