Rusiya və Ukrayna Belarus sərhədində mülki şəxslərin mübadiləsini həyata keçirib.
Bu barədə Belarusun “Belta” agentliyi məlumat yayıb.
Məlumata görə, mübadilə Belarusun Qomel vilayətində yerləşən “Novaya Quta” sərhəd-keçid məntəqəsində baş tutub:
“Ukraynadan Rusiyaya 20 nəfər, əks istiqamətdə isə 23 nəfər qayıdıb. Onların əksəriyyəti yaşlı insanlardır”.