Rusiya və Ukrayna arasında yeni humanitar addım: dinc sakinlər ailələrinə qovuşdu

Rusiya və Ukrayna dinc sakinlərin ailələrinə qovuşması üzrə növbəti humanitar missiyanı həyata keçirib.

Mübadilə Belarusun Qomel vilayətindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub.

Məlumatı Belarusun "Belta" agentliyi yayıb.

Ukraynadan Rusiyaya 20 nəfər, əks istiqamətdə isə 23 nəfər qayıdıb. Onların əksəriyyəti yaşlı insanlardır.

Qeyd edək ki, hərbi əməliyyatların davam etdiyi şəraitdə ailələrin birləşdirilməsi və mülki şəxslərin geri qaytarılması üzrə humanitar təmaslar vasitəçilik və logistika kanalları hesabına vaxtaşırı reallaşdırılır. Xüsusilə yaşlı və həssas qrupdan olan sakinlərin yaxınlarının yanına qayıtması humanitar və sosial baxımdan mühüm əhəmiyyət daşıyır.