Türkiyə kinosunun əfsanəvi simaları Türkan Şoray və Ediz Hun Adanada Müəllimlər Günü münasibətilə təşkil olunan “Yeşilçam gecəsi”nin fəxri qonaqları olublar.
Tədbirdə Türkan Şoray Adanaya səfəri zamanı təyyarənin turbulentliyə düşdüyünü və qorxduğunu bildirib. Ediz Hun isə həmin anları zarafatla xatırlayıb:
“Həqiqətən, təyyarədə turbulentlik oldu. Mən də fürsətdən istifadə edib Türkanı qucaqladım. O məni, mən də onu qucaqladım. Bəylər, belə fürsətləri qaçırmayın”.
Türkan Şoray, həmçinin həyatı boyu müəllim olmaq istədiyini, lakin erkən yaşlarında kinoya gəldiyi üçün bu arzusunu gerçəkləşdirə bilmədiyini deyib.