Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin və İstirahət kompleksinin su təchizatı sistemləri yaradılacaq.
Ölkə.az-ın xəbərinə görə, bununla bağlı Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.
Qurum işlərin görülməsi üçün “Nort Vest Konstrakşn” MMC ilə müqavilə imzalayıb.
MMC-yə ümumilikdə 4 mln 244 min 232 manat ödəniş ediləcək.