Bakıda Estoniyanın səfirliyi açıldı

Xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edib.

Mərasimdə çıxış edən nazir Estoniyanın Bakıda rezident diplomatik nümayəndəliyinin fəaliyyətə başlamasını alqışlayaraq, bunun münasibətlərdə mühüm mərhələ kimi əhəmiyyətini vurğulayıb.