Hindistanın Aqra şəhərində yerləşən Tac Mahal məqbərəsinin şərq, qərb və Kral qapılarının ətrafını meymunlar zəbt edib.
"NDTV" telekanalına istinadla, onların ərazidə olması turistlərin təhlükəsizliyi üçün təhdid yaradıb.
Məlumata görə, çoxsaylı meymunlar həm memarlıq kompleksinin ərazisində, həm də onun ətrafında yaşayır.
Hakimiyyət orqanlarının meymunların tutulması və ya tarixi abidənin ərazisindən uzaqlaşdırılması ilə bağlı dəfələrlə vədlər verməsinə baxmayaraq, vəziyyət dəyişməyib.
Telekanal problemin həllinə mane olan səbəblərdən biri kimi kompleksin idarə olunmasına cavabdeh qurumlar arasında koordinasiyanın yetərli olmamasını göstərib.
Bildirilib ki, meymunların sayının artması ziyarətçilərin təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır və eləcə də ölkənin ən məşhur turizm məkanlarından biri olan Tac-Mahalı beynəlxalq səviyyədə mənfi imicə sala bilər.