Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bu, bəzilərinin xoşuna gəlməyəcək”, - Tramp bildirib.
Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezidenti Vladimir Putini tədbirdə iştiraka dəvət edib.