Türkiyədə narkotik və fahişəlik istintaqı çərçivəsində Cansu Taşkın, Sağar Şojaei və Muammer Kapucuoğlu həbs olunub, 10 şübhəli isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Tribuna.az-ın verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğu tərəfindən “fahişəlik”, “narkotik qaçaqmalçılığı”, “narkotik təmin etmək” və “narkotik maddələrin istifadəsi və ya saxlanması” cinayətləri ilə bağlı aparılan istintaq davam edir.
İstintaq çərçivəsində həbs müddəti uzadılan 14 şübhəli və daha sonra saxlanılan bir şübhəli üçün polis prosedurları başa çatıb. Sağlamlıq yoxlamalarından sonra 15 şübhəli Çağlayandakı İstanbul Ədliyyəsinə aparılıb.
Məhkəməyə sövq edilən şübhəlilərdən İbrahim İzzet Özilhan, Pınar Bent, Mehmet Can Karcı, Meltem Özkayan Keklik, Özden Cerrahoğlu, İşıl Işık Demir, Burhan Karaca, Erdal Bozkuş, Cem Gülər və Burak Yeter məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Xatırladaq ki, Deniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Deniz Çakır Baykal, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcan Deniz, Sağar Şojaei, İlknur Şahin, Burcu Sevyan Özberk, Başnur Özberk, Başnur Özberk, Seher Özberk İstintaq çərçivəsində saxlanılan Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın, Muammer Kapucuoğlu və Özden Cerrahoğlu Ədli Tibb Qurumunda qadağan olunmuş maddə testindən keçirilib.
Həsən Ağa