Marqus Tsahkna: Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir

Azərbaycanla regional əməkdaşlığı genişləndirmək istəyirik.

Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Energetika, investisiyalar və ticarət dəhlizləri sahələrində əməkdaşlığın artırılmasında maraqlıyıq. Avropa İttifaqı olaraq Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət veririk. Bununla yanaşı, rəqəmsallaşma, müdafiə sənayesi və süni intellekt sahələrində də əməkdaşlığın inkişafında maraqlıyıq”, - estoniyalı nazir qeyd edib.