Azərbaycanda "Xiaomi 18 Pro" və "Xiaomi 18 Pro Max" modellərinin satışına başlanılır

2026-cı il noyabrın 27-də "Xiaomi"nin "Leica" kameraları və arxa paneldə ikinci ekranla təchiz edilmiş iki flaqman smartfonu Azərbaycanda satışa çıxacaq. "Xiaomi 18 Pro" modelinin qiyməti 3 149.99 manatdan, "Xiaomi 18 Pro Max" modelinin qiyməti isə 3 549.99 manatdan başlayacaq. Hər iki modeli "Kontakt", "İrşad" və "Baku Electronics" mağazalarından, eləcə də bu tərəfdaşların saytlarından əldə etmək mümkün olacaq.