Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında məlumat yayılıb.

Qeyd olunub ki, Marqus Tsaxna Azərbaycan Xarici İşlər Nazirliyində Ceyhun Bayramov tərəfindən qarşılanıb.