“Atama verdiyim o sözü indi də tuturam və buna əməl edirəm”.
Bu sözləri Aşıq Zülfiyyə “Qonaqcanlı” verilişində deyib.
Sənətçi illər öncə atasının bir sözünü bu gün də qulağında sırğa etdiyini bildirib:
“14 yaşımdan səhnəyə çıxmışam. Atam onda bir söz işlətmişdi ki, səhnənin işıqları yaman gür olur ha, gözünü qamaşdırmasın. Başa düşmüşdüm atamın nə demək istədiyini. Onda atama söz verdim ki, səhnəyə atdığım ilk addımlar necə olubsa, ölənə qədər də elə davam edəcəm. Atama verdiyim o sözü indi də tuturam və buna əməl edirəm. Heç vaxt dəyişmədim və dəyişmək niyyətim də yoxdur”.