Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi ölkə ərazisində “xüsusi miqrasiya nəzarəti tədbirləri” həyata keçirib.
Bu barədə Gürcüstan DİN məlumat yayıb.
Kompleks tədbirlər nəticəsində Gürcüstanda “qanunsuz yaşayan” 59 xarici ölkə vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında Livan, Türkmənistan, Pakistan, Yəmən, Belarus, Özbəkistan, Rusiya, Kamerun, Hindistan, İordaniya, Azərbaycan, Çin və Türkiyə vətəndaşları var.
Həmin şəxslər Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Onların Gürcüstandan deportasiyası məqsədilə müvafiq prosedurlar həyata keçirilir.