Sneyder Ramosun formasını hərracda bu qiymətə satdı: DÇ-2010-da almışdı

Niderland millisinin keçmiş yarımmüdafiəçisi Uesli Sneyder İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramosun formasını hərracda satıb.

Ramosun 2010-cu il Dünya Kubokunu qazandığı zaman geyindiyi formanın hərracı Braziliyada keçirilib. Forma Sneyderin şəxsi kolleksiyasında olub.

Niderlandlı futbolçu Dünya Kuboku finalında əlavə vaxtda 0:1 hesablı məğlubiyyətdən sonra ispaniyalı ilə mübadilə zamanı aldığı tünd göy formaya görə 65.126 avro qazanıb. 15 nömrəli uzunqol forma əla vəziyyətdədir və bütün orijinal yamaqları və çapları qorunub saxlanılıb.

Keçən ilin sentyabr ayında keçmiş yarımmüdafiəçi Dünya Kuboklarındakı çıxışları zamanı aldığı bir neçə mükafatı artıq satmışdı: 2010-cu il Dünya Kubokunun “Gümüş Top”u (19.000 avro), 2014-cü il Dünya Kubokunun bürünc medalı (6.500 avro), Niderlandın 2014-cü il Dünya Kubokunun 1/4 finalında Braziliya ilə oyunda istifadə olunan top (6.100 avro) və 2014-cü il Dünya Kubokunda iştirak etdiyinə görə medal (1.024 avro).