İngiltərənin “Bornmut” klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda İspaniyanın “Selta” komandasını səfərdə 2:1 hesabı ilə məğlub edib.
Noyabrın 26-da baş tutan görüşdən sonra “Bornmut” avrokuboklarda debüt mövsümündə ilk beş matçının hamısında qalib gələn tarixdə üçüncü komanda olub.
Bundan əvvəl bu uğura 1972/73 mövsümündə Ermənistanın “Ararat”, 1961/62 mövsümündə isə Almaniyanın “Nürnberq” klubları imza atıb.
Qeyd edək ki, 15 xalla turnir cədvəlinə başçılıq edən “Bornmut” hələ xal itirməyən yeganə komandadır.