JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: Üç zirvə və yeni dünya rekordu - Foto

Beynəlxalq avtomobil bazarında mövqeyini sürətlə gücləndirən "OMODA & JAECOO" daha bir mühüm nailiyyətə imza atıb. "JAECOO 7 SHS-P" modeli Böyük Britaniyanın "National Three Peaks Challenge" sınağı çərçivəsində hər 100 kilometrə cəmi 4.11 litr orta yanacaq sərfiyyatı nümayiş etdirərək Ginnesin Rekordlar Kitabına düşüb.