Gün ərzində qısa və müntəzəm gəzintilər qanda şəkərin səviyyəsini tənzimləmək baxımından birdəfəlik uzun gəzintidən daha faydalı ola bilər.
Publika.az-a istinadən, bu barədə “Obesity” jurnalında dərc olunan araşdırmanın nəticəsində bildirilib.
Tədqiqatda artıq çəkisi və ya piylənməsi olan 30 nəfər iştirak edib. Altı həftə ərzində onların bir qrupu gündə 45 dəqiqə fasiləsiz gəzib, digər qrup isə hər saatdan bir beş dəqiqəlik yürüşlər edib.
Nəticələr göstərib ki, qısa gəzintilər edən iştirakçılarda qanda şəkərin tənzimlənməsi daha yaxşı olub.
Alimlərin fikrincə, bunun səbəbi gün ərzində əzələlərin müntəzəm aktivləşməsidir. Fiziki hərəkət zamanı əzələlər enerji üçün qandakı qlükozadan istifadə edir.
Tədqiqatçılar uzun müddət oturmaq əvəzinə müntəzəm fasilələr verməyin və qısa gəzintilərə çıxmağın qanda şəkərin tənzimlənməsinə kömək edə biləcəyini bildirirlər.