İsrail Hizbullaha məxsus hədəflərə zərbələr endirdi

İsrail ordusu Livanın cənubunda Hizbullah hərəkatına məxsus hərbi hədəflərə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, “Radvan” xüsusi təyinatlı qüvvələri tərəfindən istifadə edilən təlim düşərgəsindəki onlarla raket və buraxılış qurğusu hədəfə alınıb. Obyekt Livanın cənubundakı Eyn əl-Tina şəhəri yaxınlığında yerləşir.