AFP agentliyi kiberhücuma məruz qalıb

Fransanın “Agence France-Presse” (AFP) xəbər agentliyi kiberhücuma məruz qalıb.

Bu barədə agentliyin yaydığı məlumatda bildirilib.

“Bu gecə AFP kiberhücuma məruz qalıb. Hücum müştərilərimizin materialları izlədiyi və yüklədiyi platformalardan biri olan “AFP Forum”a qarşı yönəlib”, - məlumatda qeyd olunub.

İcazəsiz giriş faktı aşkar edildikdən sonra agentliyin kibertəhlükəsizlik mütəxəssisləri platformanı təcrid ediblər. Ehtiyat tədbiri olaraq hadisənin bütün təfərrüatları aydınlaşdırılanadək resursa giriş dayandırılıb.

AFP-dən bildirilib ki, hazırda kiberhücumun arxasında dayanan şəxslər barədə hər hansı məlumat yoxdur.