Fransanın "France-Presse" Agentliyi (AFP) kiberhücuma məruz qalıb.
Bu barədə agentlik məlumat yayıb.
"Bu gecə AFP kiberhücuma məruz qalıb. Bu hücum müştərilərimizin materialları izlədiyi və yüklədiyi platformalardan biri olan "AFP Forum"a qarşı yönəldilib", - məlumatda bildirilib.
İcazəsiz giriş aşkar edildikdən sonra agentliyin kibertəhlükəsizlik mütəxəssisləri resursu təcrid ediblər. Ehtiyat tədbiri olaraq hadisənin bütün təfərrüatları aydınlaşdırılana qədər platformaya giriş dayandırılıb.
AFP-dən vurğulanıb ki, hazırda kiberhücumda əli olan şəxslər barədə məlumat yoxdur.