“TRIPP layihəsi hər nə qədər Ermənistan və ABŞ arasında imzalansa da, birbaşa olaraq Azərbaycan Ali Baş Komandanının uğurlu ideyasıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq qeyd edib ki, Ermənistan “Tramp marşrutu” ilə bağlı müqaviləni təsdiqləyib və razılaşmaya əsasən, şirkətin səhmlərinin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana məxsus olacaq:
“Bu marşrutun və Zəngəzur dəhlizinin açılması deməkdir. Ermənistan bu barədə praktik işlərə başlayıb və düşünürəm ki, bu layihə Beynəlxalq Avrasiyanın siyasi fəaliyyətinə, həmçinin beynəlxalq siyasi nizama mühüm töhfə verəcək. İqtisadi və nəqliyyat əlaqələrinin inkişafında da bu dəhliz mühüm rol oynayacaq. Bu layihə birbaşa Azərbaycanın layihəsidir. Zəngəzur dəhlizi hər nə qədər ABŞ və Ermənistan arasında imzalansa da, bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin ideyası ilə yaradılıb. Düşünürəm ki, bu marşrut regional iqtisadi rifaha, nəqliyyat əlaqələrinə mühüm töhfə verəcək”.