Mbappe zirvədə, Dembele Neymarla eyni səviyyədə

Usman Dembele, Avropanın ən nüfuzlu turnirində 22 qol vuraraq PSJ-nin heyətində Neymarın nəticəsini təkrarlayıb.

Fransız futbolçu 2026/27 mövsümünün Çempionlar Liqasının 5-ci turunda “Roma”ya qarşı əsas mərhələ matçında 62-ci dəqiqədə penaltidən qol vurub.

Bu, 29 yaşlı hücumçunun turnirdəki 43 matçda vurduğu 22-ci qol olub (məlumatlar “Transfermarkt”dan götürülüb ). Maraqlıdır ki, Neymar bu qədər qolu daha az oyunda vurub – 41.

Kilian Mbappe Çempionlar Liqasında 64 oyunda 42 qol vuraraq PSJ-nin ən çox qol vuran futbolçusu olaraq qalır.

PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran beş oyunçusu:

Kilian Mbappe – 42 qol (64 oyun)

Edison Kavani – 30 (54)

Neymar – 22 (41)

Usman Dembele – 22 (43)

Zlatan İbrahimoviç – 20 (33)