Azərbaycanın neft ixrac etdiyi TOP-10 ölkə

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 10-dan artıq ölkəyə 18 milyon 392 min 916 ton neft ixrac edib.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkəyə İtaliya, Çexiya və Hindistan daxildir.

2026-ci ilin 10 ayında Azərbaycan İtaliyaya 6 milyard 812 milyon 48 min ABŞ dolları dəyərində 10 milyon 532 min 637 ton, Çexiyaya 974 milyon 771 min ABŞ dolları dəyərində 1 milyon 413 min 395 ton, Hindistana isə 666 milyon 532 min ABŞ dolları dəyərində 830 min 49 ton xam neft ixrac edib.

Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-oktyabr aylarında neft ixrac etdiyi TOP-10 ölkənin siyahısı göstərilib:

№ · Ölkələr · Miqdar (ton) · 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən · Statistik dəyər (min ABŞ dolları) · 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən

1 · İtaliya · 10 532 637 · -12,8 % · 6 812 048 · +9,3 %

2 · Çexiya · 1 413 395 · +8,1 % · 974 771 · +39 %

3 · Hindistan · 830 049 · +3,3 dəfə · 666 532 · +5,3 dəfə

4 · Rumıniya · 1 027 111 · +18,1 % · 653 588 · +1,4 dəfə

5 · Almaniya · 716 764 · -25 % · 474 735 · -5,4 %

6 · Bolqarıstan · 440 759 · +5,6 dəfə · 330 738 · +6,9 dəfə

7 · Tunis · 491 217 · +1,6 dəfə · 315 552 · +2 dəfə

8 · İndoneziya · 428 786 · +3,3 dəfə · 287 910 · +4 dəfə

9 · Portuqaliya · 395 032 · -51 % · 221 958 · -48,5 %

10 · İsveçrə · 286 774 · +1,7 dəfə · 206 298 · +2,1 dəfə

Digərləri · 1 830 391 · * · 1 217 837 · *

Cəmi · 18 392 916 · -11,4 · 12 161 967 · +12,1

Qeyd: * - Ötən ilin eyni dövründə tədarük olmayıb.