Möhtərəm cənab Prezident!

Sizin və birinci xanım Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoya tarixi səfəriniz ölkəmizin uzaq və dinamik inkişaf edən Asiya regionu ilə əlaqələrinin genişləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan əlamətdar hadisədir. Hanoyda Vyetnam Prezidenti To Lam tərəfindən Sizə göstərilən yüksək ehtiram, təntənəli rəsmi qarşılanma mərasimi, yüksək səviyyəli görüşlər, geniş tərkibdə aparılan səmərəli danışıqlar və mühüm sənədlərin mübadiləsi iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bütün dünyaya nümayiş etdirir. Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərin tarixi kökləri vardır. Bu xoş ənənələrin əsası ötən əsrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Но Şi Min tərəfindən qoyulmuşdur. Bu gün həmin tarixi irsə sadiq qalaraq iki ölkə arasında münasibətlər Sizin və cənab To Lamın siyasi iradəsi, qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında uğurla davam etdirilir. Sizin də vurğuladığınız kimi. Azərbaycan ilə Vyetnam arasında yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün çox əlverişli şərait yaradır.

İkitərəfli əməkdaşlığımız çoxşaxəli xarakter daşıyır və beynəlxalq aləmdə güclü qarşılıqlı əlaqənin mövcudluğu xüsusi əhəmiyyət kəsb edir. Siyasi və iqtisadi-ticari əlaqələrlə yanaşı, enerji, müdafiə, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar formalaşıb. Belə nüfuzlu dövlətlə münasibətlərin strateji səviyyədə inkişaf etdirilməsi Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu, balanslaşdırılmış və uzaqgörən xarici siyasətin növbəti parlaq qələbəsidir.

Hanoyda keçirdiyiniz, geniş tərkibli görüşlər və imzalanan sənədlərin mübadiləsi mərasimi iki ölkə arasında qarşılıqlı fəaliyyətin praktik məzmununu daha da zənginləşdirir. Sizin bu səfərinizin nəticələrindən məmnunluq ifadə etməyiniz onun Azərbaycan dövləti və xalqı üçün nə qədər uğurlu və əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.

Möhtərəm cənab Prezident, Vyetnama bu tarixi səfəriniz apardığınız uğurlu danışıqlar və əldə olunan mühüm nəticələr münasibətilə Sizi ürəkdən, səmimi-qəlbdən təbrik edirəm. Dövlətimizin milli maraqlarını hər zaman qətiyyətlə irəli aparan, Azərbaycanın beynəlxalq nüfuzunu dünyada daha da ucaldan şərəfli və məsuliyyətli fəaliyyətinizə görə Sizə təşəkkür edir, möhkəm cansağlığı və yeni-yeni zəfərlər arzulayıram.

Hörmətlə,

İlyasov Kamran Xan oğlu

Azərbaycan Respublikası, Şəki rayonu, Kiş kəndi.