Avropa İttifaqının sammitində İspaniyanı Makron təmsil edəcək

Fransa Prezidenti Emmanuel Makron İspaniyanın Baş naziri Pedro Sançesdən 26–27 noyabr tarixlərində keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində İspaniyanı təmsil etmək səlahiyyəti alıb.

"Euronews" telekanalına istinadən, bu qərar iki lider arasındakı yaxın şəxsi münasibətlər və möhkəm siyasi əlaqələr nəzərə alınaraq qəbul edilib.

Beləliklə, Brüsseldə baş tutacaq sammitdə İspaniyanın məhz Fransa lideri təmsil edəcək.

Məlumata görə, Pedro Sançes noyabrın 29-da İspaniyada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı sıx iş qrafikinə görə sammitdə şəxsən iştirak edə bilməyəcək.

Xatırladaq ki, İspaniyanın Baş naziri oktyabrın 5-də parlamentin buraxıldığını elan edib.

O bildirib ki, bir çox ispaniyalı hazırkı hakimiyyətdən narazıdır və hökumət qarşıya qoyulan bütün vəzifələri, o cümlədən bərabərsizliklə mübarizə, dövlət xidmətlərinin inkişafı və mənzil əlçatanlığının təmin edilməsi sahəsindəki hədəfləri tam yerinə yetirə bilməyib.

Sançes qeyd edib ki, yeni islahatlar aparmaq üçün İspaniya hökumətinə əhalinin dəstəyini yeniləmək və genişləndirmək, həmçinin parlamentdə daha geniş mütərəqqi çoxluğun formalaşmasına nail olmaq lazımdır.