Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı

Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin Ermənistanda həbsdə saxlanılma müddəti daha üç ay artırılıb.

Ermənistan mediasına istinadən, müvafiq qərar Sünik vilayətinin məhkəməsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də saat 14:15-də naməlum şəraitdə Zəngəzurun Şəki kəndi istiqamətində sərhədi keçdikdən sonra Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Hərbçi barəsində ilkin olaraq iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.