Alen Simonyan "Sülh körpüsü" təşəbbüsünün iştirakçıları ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan "Sülh körpüsü" təşəbbüsü üzrə 5-ci dəyirmi masa iştirakçılarının erməni və azərbaycanlı iştirakçıları ilə görüşüb.

Bu barədə "Armenpress" Ermənistan Təhlükəsizlik Şurası aparatının bəyanatına istinadən məlumat yayıb.

Görüş zamanı iştirakçılar Təhlükəsizlik Şurasının katibinə suallar veriblər, həmçinin ideya və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 5-ci görüş keçirilir. Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi görüşdə iştirak edir.