Millimiz mövsümün ilk oyununda darmadağın oldu

19 yaşadək qadın futbolçulardan ibarət yığmamız Avropa çempionatının 2026/27 mövsümünün birinci seçmə mərhələsində ilk oyununa çıxıb.

B Liqasının 3-cü qrupunda mübarizə aparan millimiz Serbiyada meydan sahibləri ilə qarşılaşıb. Stara Pazova şəhərindəki Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzində keçirilən görüşdə komandamız məğlub olub - 0:3.

U-19 növbəti oyununu noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro yığmasına qarşı keçirəcək.