Alla Puqaçovanın makiyajsız görüntüsü müzakirələrə səbəb oldu

Rusiyanın Xalq artisti Alla Puqaçova sosial şəbəkədə yeni fotosunu yayımlayıb.

77 yaşlı sənətçi makiyaj və filtrdən istifadə etmədən çəkilmiş şəklini paylaşıb.

Qeyd edək ki, 2022-ci ildə Puqaçova və Qalkin əkiz övladları Liza və Harri ilə birlikdə İsrailə köçüblər. Daha sonra İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması səbəbindən ailə Kiprə yerləşib.