Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının Bakıda keçirilən “Sabah” - “Barselona” matçı zamanı Rusiya vətəndaşı vəfat edib. 39 yaşlı Anton Petrişev Çempionlar Liqasının oyununu izləmək üçün bir gün əvvəl xüsusi olaraq Azərbaycana gəlib.
Oyun zamanı onun qəfil halı pisləşib. Kişi huşunu itirərək tribunada yerə yıxılıb. Hadisə şahidləri tibbi yardım əməkdaşlarını çağırıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, ölümün səbəbi ürək çatışmazlığı olub. Hazırda onun meyiti morqdadır.
SHOT Telegram kanalına istinadən, Anton Krasnoyarsk diyarının İqarka şəhərində anadan olub, son bir neçə ildə Moskvada yaşayıb.
O, layihə-tikinti şirkətinin baş direktoru olub, həmçinin daşınmaz əmlakın kirayəyə verilməsi ilə məşğul olub.
Mərhum çox səyahət edib, tez-tez Maldiv adalarında istirahət edib. Özü isə Moskvanın “Lokomotiv” futbol klubunun azarkeşi olub.
Alınan son məlumata görə, Anton Petrişev Bakıya 11 yaşlı oğlu ilə gəlibmiş.