Serbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək. Bu barədə parlamentin (Skupşina) sədri və dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Çupiç məlumat verib.
O, müvafiq qərarı imzaladıqdan sonra Konstitusiyanın müvafiq maddəsinə əsasən prezident seçkilərinin dekabrın 27-nə təyin edildiyini bildirib.
Qeyd edək ki, sentyabrın 27-də Serbiya Prezidenti Aleksandr Vuçiç vəzifəsindən getdiyini açıqlamışdı. Siyasətçinin sözlərinə görə, parlamentə növbədənkənar seçkilər keçirilənədək adi vətəndaş kimi yaşamağı planlaşdırırdı.