Xaçmazda silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən E. Orucov polis əməkdaşları tərəfindən saxlanılıb.
Trend-in məlumatına görə, araşdırma zamanı onun babasına məxsus evdən 1 500 manat oğurladığı müəyyən edilib.
E. Orucovun daha sonra rayon ərazisində beş avtomobilin şüşələrini sındıraraq onların salonundan maqnitofon və səs gücləndiriciləri oğurladığı bildirilir.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E. Orucov barəsində həbs qətimkan tədbiri seçilib.