Azərbaycanda səfərdə olan Litva xarici işlər naziri Kestutis Budris “Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin“Diplomatiya ulduzu” mükafatını təqdim edib.
Kestutis Budris bu barədə X hesabında bildirib.
Nazirin sözlərinə görə, bəzən diplomatiya qapalı qapılar arxasında keçirilən görüşlər və ya müqavilələrlə məhdudlaşmır, o, daha maraqlı bir vasitə – futbolla da həyata keçirilə bilər:
“Sabah” FK-nın baş məşqçisi Valdas Dambrauskasa Litvanın “Diplomatiya ulduzu” mükafatını təqdim etməkdən qürur duyuruq. O, Çempionlar Liqasında bir komandaya rəhbərlik edən ilk litvalı məşqçidir. Fədakarlığınıza, zəhmətinizə və Litvanı dünya futbol ictimaiyyətində tanıtdığınıza görə təşəkkür edirik”.
Qeyd edək ki, ötən gün Litva XİN rəhbəri Bakı Olimpiya Stadionunda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Sabah” – “Barselona” matçını izləyib. "Sabah" "Barselona"ya 1:4 hesabı ilə məğlub olub.