Pasportlarına “Azərbaycan” yazılmasını istəməyən ermənilərə sərt cavab

Bu gün Ermənistan hökumətinin binası qarşısında Qarabağdan köçmüş ermənilər etiraz aksiyası keçiriblər. Etirazçılar onlara verilən Ermənistan pasportlarında doğum yerinin Azərbaycan kimi göstərilməsinə qarşı çıxıblar.

Qeyd edək ki, hazırda Ermənistan vətəndaşlığı almış Qarabağ ermənilərinə verilən yeni biometrik sənədlərdə “doğum yeri” qrafasında "Azərbaycan" sözü qeyd olunur. Qarabağdan köçmüş şəxslər bu qərarla razılaşmırlar. Onlar bildirirlər ki, həmin qrafada “Artsax” sözü yazılsın.

Ermənistan Daxili İşlər Nazirliyi isə sənədlərin bu qaydada rəsmiləşdirilməsini beynəlxalq standartlarla izah edib.

Məsələyə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da münasibət bildirib.

Jurnalistlərə Qarabağ ermənilərinin pasportlarında doğum yeri kimi "Azərbaycan" sözünün qeyd edilməsinin səbəbini izah edən Somonyan deyib: "Onlar harada anadan olublar? Onlar anadan olanda "Artsax" ölkəsi mövcud olub?..

Əgər bu insanlar Azərbaycanda anadan olublarsa, bəs sənədlərinə nə yazılmalıdır?..

Bəs Amerikaya və ya Avropaya gedib oradan pasport alanda pasportlarında nə yazılıb?”