Azərbaycanın Baş Prokurorluğu ilə Slovakiya Respublikasının Baş Prokurorluğu arasında 2027-ci il üçün Əməkdaşlıq Proqramı imzalanıb.
Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Slovakiya Respublikasının Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə qeyd olunub.
Sənədin mövcud Anlaşma Memorandumu əsasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə, prokurorluq orqanları arasında institusional əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və praktiki əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.