Azərbaycanlı gənc tualetdə döyüldü

Almaniyada azərbaycanlı sərnişin döyülüb.

Hadisə Münxen Mərkəzi Dəmir Yolu Vağzalında qeydə alınıb.

Məlumata görə, dava azərbaycanlının ayaqyolunda çox qalmasına görə baş verib. 41 yaşlı litvalı sərnişin tualetin qapısını dəfələrlə döysə də, 24 yaşlı azərbaycanlı sanitar qovşaqdan çıxmayıb. Qapını açıb çıxanda isə litvalı sərnişin azərbaycanlıya hücum edərək, yumruq zərbələri ilə başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Yaxınlıqdan olan 31 yaşlı alman müdaxilə edərək, onları aralayıb.

Hadisədən sonra litvalı saxlanılıb. Müayinə zamanı onun sərxoş olduğu üzə çıxıb.

Məlumata görə, azərbaycanlıya hücum edən şəxs polisdə ifadə verdikdən və bir neçə prosedurdan sonra sərbəst buraxılıb.